Heyrətamiz şəkildə qurtulan idmançı səma dalışı sahəsində təcrübəyə malikdir Heyrətamiz şəkildə qurtulan idmançı səma dalışı sahəsində təcrübəyə malikdir

Səma dalğıcı möcüzəli şəkildə sağ qaldı

Heyrətamiz şəkildə qurtulan idmançı səma dalışı sahəsində təcrübəyə malikdir

Kanadanın Kvebek əyalətinin Trua Rivier (Trois-Rivieres) şəhəri yaxınlığında “Parachutisme Adrenaline” dərnəyinin təşkil etdiyi dalış zamanı adı çəkilməyən 30 yaşlı qadın səma dalğıcının 5 min fut yüksəklikdə paraşütü açılmayıb.

Ayın 10-da baş vermiş hadisə zamanı 1,5 kilometrdən artıq yüksəklikdən yerə düşən qadın azı 60 km/saat sürətlə meşəlik ərazisindəki ağaclara çırpılaraq budaqlara ilişib. Məhz bunun nəticəsində sağ qaldığı bildirilən qadın, bir neçə onurğa və fəqərə qırığı ilə xəstəxanaya yerləşdirilib.

Polisdən verilən məlumata görə, heyrətamiz şəkildə qurtulan idmançı səma dalışı sahəsində təcrübəyə malikdir.(report.az)

AzNews.az