Yuxusuzluqla yeni vərdişlərin köməyi ilə mübarizə aparmaq olar Yuxusuzluqla yeni vərdişlərin köməyi ilə mübarizə aparmaq olar

Yuxusuzluq ölümə səbəb ola bilər – Alimlərdən xəbərdarlıq

Yuxusuzluqla yeni vərdişlərin köməyi ilə mübarizə aparmaq olar

Stokholmda Karolinski İnstitutunun alimləri yuxusuzluğun nə üçün ölümə gətirib çıxardığının səbəbini izah ediblər.

AzNews.az bildirir ki, bu barədə “EurekAlert” nəşri məlumat verir.

Tədqiqat aparmaq üçün onlar 1,3 milyon insanın məlumatlarını təhlil ediblər.

Alimlərə məlum olub ki, yuxusuzluqdan əziyyət çəkən insanlarda insult, ürəyin işemik xəstəliyi və ürək çatışmazlığının inkişaf riski artır.

Tədqiqatçıların sözlərinə görə, belə xəstəliklərin yaranmasına insanda yuxusuzluğa səbəb olan genlərin variantlarının olması təsir edə bilər.

Onlar həmçinin qeyd edirlər ki, yuxusuzluqla yeni vərdişlərin köməyi ilə mübarizə aparmaq olar.

AzNews.az