Azərbaycanda üç əsr tarixi olan 40 otaqlı Hərəm qalası - FOTOLAR

Qala 1820-ci ilə kimi istifadə olunub

Hərəm qalası İsmayıllı rayonunun Sulut kəndi yaxınlığında yerləşir.

Yerli sakinlər bu qalaya "Qırxotaq" və ya "Qırxqız" qəsri də deyirlər. Tarixi abidə hesab olunan qalanın tikintisi 1796-1805-ci illərdə həyata keçirilib. Bura Şirvan xanı Mustafa xanın sarayı olub. Tikili xanın ailəsinin şərəfinə Hərəm qalası adlandırılıb.

Qala 1820-ci ilə kimi istifadə olunub. Paytaxt Şamaxıya köçürüldükdən sonra Mustafa xanın Hərəm qalası tərk edilib və tədricən dağıntıya məruz qalıb.

Abidə "Qırxotaq" adlandırılsa da, oradakı otaqların sayı təxminən 40-dan çox olub. Rəvayətə görə Şirvan xanları hər otaqda bir gözəl qız (hərəm) saxlayırmış və onların bir-birindən xəbəri olmazmış.

AzNews.az Azvision.az-a istinadən Hərəm qalasının ən son görüntülərini təqdim edir:

AzNews.az