Şirkət istifadəçilərin istəyini nəzərə alır Şirkət istifadəçilərin istəyini nəzərə alır

“Apple Music”in veb-versiyası buraxıldı

Şirkət istifadəçilərin istəyini nəzərə alır

“Apple”şirkəti mobil tətbiq əvəzinə brauzerə üstünlük verən istifadəçilər üçün “Apple Music” servisini işə saldı.

AzNews.az bildirir ki, hazırda sayt test versiyada işləyir.

Xatırladaq ki, “Apple” 2014-cü ildə “Beats Electronics” qulaqcıqlarının istehsalçısı və “Beats Music” servisini 3 milyard dollara əldə edib.

“Beats Music”in veb-versiyası vardı, lakin servis ona abunəliyi 2015-ci ildə “Apple Music” işə başladıqdan sonra bağladı.

Qeyd edək ki, “Apple”in “Apple News +” və “Apple TV +” də daxil olmaqla əksər servisləri veb-versiyaya malikdir.

Nigar Orucova

AzNews.az