"Hər kişi öz həyat yoldaşı ilə istədiyi hər şeyi edə bilər” "Hər kişi öz həyat yoldaşı ilə istədiyi hər şeyi edə bilər”

Məşhur müğənni: “Həyat yoldaşını döyməyən kişi deyil” - VİDEO

"Hər kişi öz həyat yoldaşı ilə istədiyi hər şeyi edə bilər”

Mərakeşdə "Kotbi Tonight" verilişi məşhur müğənninin sözlərinə görə 3 həftəlik bağlanıb.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Adil El Miludi adlı tanınmış müğənni çıxdığı verilişdə həyat yoldaşını döyməyin, öldürməyin normal olduğunu və bunu hər bir kişinin edə biləcəyini deyib.

Müğənninin çıxışı zamanı şounun digər qonaqları onun bu dediklərini gülüşlə qarşılayıblar.

Miludi “həyat yoldaşını döyməyən kişi deyil” deyərək fikirlərini müdafiə edib.

Şounun aparıcısı bütün dünyada bunun qadağan olduğunu vurğulayıb. Miludi isə dediklərində təkid etməyə davam edib:

"Mərakeşdə bu normaldır. Hər kişi öz həyat yoldaşı ilə istədiyi hər şeyi edə bilər, onu döyə bilər, öldürə bilər”.

Pərvanə

AzNews.az

=