Kris bütün dünyada manşetlərə düşmüşdü Kris bütün dünyada manşetlərə düşmüşdü

Dünyanın ən yunlu qoyunu öldü

Kris bütün dünyada manşetlərə düşmüşdü

Avstraliyada beş il qaçaq yaşayan, tapıldıqdan sonra qırxılması ilə 42 kiloqram yunla dünya rekorduna imza atan Kris adlı qoyun ölüb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Avstraliyanın paytaxtı Kanberrada beş il gizlənərək qırxılmamağı bacaran Kris dörd nəfər tərəfindən qırxılmış və ondan 42 kilo yun çıxmışdı. O, bu miqdarla dünya rekorduna imza atmışdı. Çünki daha əvvəlki rekord 27 kq olmuşdu.

Kris tapıldığı zaman bütün dünyada manşetlərə düşmüşdü.

Bir fermada saxlanılan merinos cinsli qoyun 10 yaşında ölüb.

Heyvanları qoruma təşkilatı olan “Little Oak” veb saytında bu haqda açıqlama verib.

Açıqlamada "Bu şirin, ağıllı və mehriban ruhu itirdiyimiz üçün kədərliyik" deyilib.

Səidə Vahid

AzNesw.az