Bu anlar küçədəki kamera tərəfindən qeydə alınıb Bu anlar küçədəki kamera tərəfindən qeydə alınıb

Qaraj yolda gedən qadını qəfildən "həbs etdi" - VİDEO

Bu anlar küçədəki kamera tərəfindən qeydə alınıb

Braziliyada qadın yolda gedərkən başına maraqlı hadisə gəlib.

Belə ki, Goyaniya şəhərində yaşandığı deyilən hadisədə qarajın sahibi çıxdıqdan sonra qapısı avtomatik bağlanıb və qadını qəfildən "həbs edib".

Qızı Thais Oliveira anasının küçəni süpürən qadın tərəfindən xilas edilmədən əvvəl 1 saat həmin qarajda qaldığını deyib.

Bu anlar küçədəki kamera tərəfindən qeydə alınıb. Gleyson Lima adlı braziliyalı istifadəçi videonu "Facebook"da "Ümid edirəm oğlan tezliklə qayıdar" başlığı ilə paylaşıb.

Sosial şəbəkədə paylaşılan video izləyənlər tərəfindən maraqla qarşılanıb.

Paylaşıma "Mən yavaş yeriyən adamlardan nifrət edirəm, nəhayət bir tədbir görüldü; Bu adam oğurluğu deyil, bu gözlənilmədən övladlığa götürülməkdir; Qadın asanlıqla vaz keçdi; Hahaha, amma nə gəzintidir" tipli şərhlər yazılıb.

AzNews.az həmin videonu təqdim edir:

Pərvanə

AzNews.az