- Dünyanın halı
- 18:20
- 1 104
Zelenski Polşaya səfərdən imtina etdi
25-26 iyun tarixlərində Polşanın Qdansk şəhərində keçiriləcək Ukraynanın Bərpası üzrə Beynəlxalq Konfransda Kiyev nümayəndə heyətinə Baş nazir Yuliya Svirıidenko rəhbərlik edəcək.
AzNews.az xəbər verir ki, bu barədə Sviridenko teleqramda məlumat verib.
Xatırladaq ki, Polşa Prezidenti Karol Navrotskinin Ukrayna Prezidenti Volodimir Zelenskinin “Ağ Qartal” ordenindən məhrum edilməsi qərarından sonra Varşava və Kiyev arasında münasibətlər gərginləşib. Navrotskinin sözlərinə görə, bu qərar Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə “Ukrayna Qiyamçı Ordusunun Qəhrəmanları” adını verməsi səbəbindən qəbul edilib. Polşa Prezidenti Zelenskinin “Ağ Qartal” ordenindən məhrum edilməsindən sonra Ukraynanın keçmiş prezidentləri Viktor Yuşşenko, Leonid Kuçma və Petro Poroşenko da müvafiq mükafatlardan imtina ediblər.
Polşa “Ukrayna Qiyamçı Ordusu”nu 1940-cı illərdə polyaklara qarşı qətliamda ittiham edir.