- Dünyanın halı
- 17:44
- 1 803
İran mediası Şahbaz Şərifin açıqlamasını TƏKZİB ETDİ
İranın İnqilab Keşikçiləri Korpusu ilə əlaqəli olan Fars Xəbər Agentliyi Pakistanın Baş naziri Şahbaz Şərifin İranın ballistik raket proqramının danışıqlarda müzakirə edildiyinə dair açıqlamasını təkzib edib.
Agentlik Şərifin səsləndirdiyi fikirləri “tamamilə yanlış” adlandıraraq, bunun yanlış məlumatlandırmanın nəticəsi ola biləcəyini bildirib.
Farsın məlumatına görə, Pakistan hazırda yalnız məhdud vasitəçilik roluna malikdir və Şahbaz Şərifin açıqlamaları daha çox İslamabadın diplomatik əhəmiyyətini ön plana çıxarmağa hesablanıb.
Agentlik həmçinin qeyd edib ki, hazırda İran və ABŞ arasında aparılan təmaslarda ən təsirli vasitəçi rolunu Qətər oynayır.
Mövsüm,
AzNews.az