O, Fransa vətəndaşı idi O, Fransa vətəndaşı idi

Məşhur fransız modelyer Pyer Karden ölüb

O, Fransa vətəndaşı idi

Dünya şöhrətli fransız modelyeri Pyer Karden 98 yaşında vəfat edib.

AzNews.az "Report"a istinadən xəbər verir ki, məlumatı AFP yayıb.

O, 1922-ci il iyulun 2-də İtaliyanın San-Byaco-di-Kallalta şəhərində anadan olub. Pyer Karden teatr rəssamı kimi fəaliyyətə başlayıb. 1946-cı ildə Jan Koktonun “Gözəl və eybəcər” filminə kostyumlar tikib. 1947-ci ildə Kristian Diorun atelyesində işləməyə başlayıb. 1950-ci ildə özünün dəblər evini yaradıb. Onun 500-dən artıq modası, o cümələdən rəngli qalstuk, uzunboğaz çəkmə, mini-sarafan, “gül” qalstuk, uzun yaxasız pencəklər, dar düyməli şalvar (əvvəlcə “Bitlz” qrupu üçün tikib) geyim ixtirası var. O, ABŞ-ın Milli Kosmik Araşdırma Mərkəzi üçün geyimlərin dizaynını verib. Nil Armstronqun Aya geydiyi skafandrıın ölçüsünü götürən yeganə insandır. O, “Pierre Cardin” parfümeriyasının da müəllifidir.

Pyer Karden Fransa vətəndaşı idi. O, 2020-ci il dekabrın 29-da Parisdə vəfat edib.