Xəbərdarlıqdan sonra kanalın izləyiciləri azalıb Xəbərdarlıqdan sonra kanalın izləyiciləri azalıb

"Telegram" bu kanalla bağlı xəbərdarlıq etdi

Xəbərdarlıqdan sonra kanalın izləyiciləri azalıb

"Telegram" sosial şəbəkəsi "Donald J. Trump” adlı kanalın saxta olduğu barədə izləyicilərinə xəbərdarlıq edib.

AzNews.az xəbər verir ki, xəbərdarlıqda bir çox istifadəçinin bu hesabı fırıldaqçı və ya saxta hesab kimi şikayət etdiyi deyilir.

"Xahiş edirik diqqətli olun, xüsusilə sizdən pul istəsə", - deyə vurğulanır.

"Telegram"ın kanalın saxta olması barədə məlumatından sonra onun izləyiciləri sürətlə azalmağa başlayıb.

Kanalın həqiqətən Donald Trampla əlaqəli olduğuna dair rəsmi bir açıqlama verilməyib.