- Maraq dairəsi
- 31 Yanvar 2021 11:05
- 7 871
Dörd yaşlı qız 200 milyon il yaşı olan dinozavrın izini tapdı - FOTO

Hadisə qız çimərlikdə atası ilə gəzən vaxt baş verib
Uelsdə dördyaşlı qız Lili Uaylder təsadüfən dinozavrın izini tapıb.
AzNews.az xəbər verir ki, bu barədə “LAD Bible” məlumat yayıb.
Məlumata görə, hadisə qız çimərlikdə atası ilə gəzən vaxt baş verib. O, gözlənilmədən dinozavr izi ilə qarşılaşıb.
"Lili bunu gördü və dedi: "Ata, bax”, - bu barədə danışan qızın anası qısaca deyib.
Tədqiqatçıların araşdırmasına görə, bu, 220 milyon ildən çox yaşı olan dinozavrın ayaq izidir.
