- Maraq dairəsi
- 9 Fevral 2021 17:16
- 13 254
Antidepressant dərmanlar Covid-19-dan qoruyurmu?

Fransa alimləri araşdırma aparıblar
Fransız elm adamları apardıqları araşdırma nəticəsində bəzi depressiya dərmanlarının Covid-19 virusunun səbəb olduğu xəstəliyin şiddətini azaltdığı qənaətinə gəliblər. Belə ki, depressiya dərmanlarının tərkibindəki bəzi aktiv kimyəvi maddələrin xəstəliyi yüngül keçirməyə səbəb olduğu iddia olunub.
Türkiyə mediasının yazdığına görə, ABŞ-da da aparılan təcrübələr bu tip dərmanlardakı bəzi molekulların Covid-19-a qarşı qoruyucu və müalicəviliyini ortaya çıxardıb.
“Molecular Pyschiatry” jurnalında yayımlanan məqalədə Fransadakı bu araşdırma və təcrübələr diqqətə çatdırılıb. Ancaq bu fikrin elmi cəhətdən hələ dəqiq olmadığı da vurğulanıb.
Parisdə psixiatr həkim Nikolas Hoertel çalışdığı xəstəxanada psixi problemli xəstələrin kovidə yoluxanlarının xeyli az hissəsinin ağırlaşdığını müşahidə edib. Buna görə də o, 7 min Covid-19 xəstəsi arasında araşdırma aparıb. Məlum olub ki, antidepressant dərman qəbul edənlər arasında reanimasiyaya düşənlər və vəfat edənlər diğər qrupa nisbətdə yarıbayarı azdır.
Tədqiqatlara görə, hamısı olmasa da bəzi depressiya dərmanlarındakı molekullar Covid-19-un sərt keçməsinin qarşısını alır.
AzNews.az