- Maraq dairəsi
- 14 Mart 2021 21:27
- 41 741
Probiotik, prebiotik, postbiotik,parabiotik nədir?- Canlı bakteriyaları tanıyın

Parabiotiklər-sağlamlığa yararlı olan,inaktiv mikrobial hüceyrələr və ya hüceyrə fraksiyalarıdır
Probiotik-lazımi miqdarda tətbiq olunanda orqanizmdə sağlamlığı təmin edən canlı bakteriyalardır.
Prebiotik-mədə-bağırsaq traktında həzm olunmayan,amma bağırsaq mikroflorası tərəfindən fermentasiyaya uğrayan və onların həyat fəaliyyətini stimulə edən qida komponentləridir,yəni bağırsaqda yaşayan bakteriyalar üçün bəslənmə məmbəyidir.
Simbiotik-həm prebiotik, həm probiotik tərkibli məhsullardır.
Laktobakteriyalar-patogen olmayan,toksik olmayan,qram (+),fermentasiyada rol oynayan,karbohidratlardan laktat turşusunun əmələ gəlməsində iştirak edən,karbohidratları fermentasiya üçün yararlı hala gətirən bakteriyalardır.
Bakteriyanın probiotik olaraq qəbul edilməsi üçün:
1)patogen və toksik olmamalı
2)sağlamlığa müsbət təsiri təstiqlənmiş olmalı
3)patogen mikroorqanizmlərdən qoruma qabiliyyəti olmalı
4)üst qastrointestinal sistemdən keçəndən sonra canlı qalmalı
5)bağırsaq epitelinə və seliyinə yapışa bilməli
6)mədə-bağırsaq sistemində kolonizasiya ola bilməli
7)uzun müddət canlı qalması elmi təstiqlənməli
PROBİOTİKİN CİNSİ,NÖVÜ,SUŞU,MİQDARI BİLİNMƏLİ
Postbiotik-fermentasiya zamanı əmələ gələn,parçalanma məhsulları olan bioaktiv birləşmələrdir(metabolitlər, qısa zəncirli yağ turşuları,mikrobial hüceyrə fraksiyaları...)
Parabiotiklər-sağlamlığa yararlı olan,inaktiv mikrobial hüceyrələr və ya hüceyrə fraksiyalarıdır.