Nəhəng kərtənkələ marketə girdi Nəhəng kərtənkələ marketə girdi

Dünya bu görüntülərdən danışır VİDEO/FOTO

Nəhəng kərtənkələ marketə girdi

Taylandda inanılmaz hadisə baş verib. Marketə girən bir müştərinin çəkərək sosial mediada paylaşdığı video dünyanı heyrətləndirib.

Belə ki, qəflətən marketə girib rəflərə dırmaşan nəhəng kərtənkələ görənləri qorxuya salıb. Minlərlə sosial media istifadəçisi videoya həm qorxulu, həm də məzhəkəli şərhlər yazıblar.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, videonu qeydə alan gənc qadın görüntülərin bütün dünyada gündəm olacağını təsəvvür belə etməyib.

Narimpa Tangsin Facebook hesabında yerləşdirilən görüntülərdə nəhəng kərtənkələnin içki rəflərindən enərək süd rəflərinə çıxmağa başladığı görüntülənir. Süd qutularını alt-üst edən nəhəng kərtənkələ müştərilərin qışqırıqlarınına məhəl belə qoymadan üst rəfə çatdıqda görünür ki, uzanıb dincəlməyə başlayır.

Müştərilər hadisənin şokundan qurtulduqdan sonra marketə xilasedicilər çağırılıb. Onlar nəhəng canlını sürüyərək marketdən çölə çıxarıblar. Beləliklə qorxulu anlar son çatıb.

Taylandın şəhər mərkəzi ətrafındakı kanal və göllərdə yaşayan bu qorxunc heyvanlar çox vaxt balıq, ilan və qurbağa ilə qidalanır. Nadir hallarda insanlara hücum edir və dişləyə bilirlər. Ancaq bu zaman onların tüpürcəyindəki zəhərli bakteriyalar insan üçün təhlükə yarada bilər.

Nəhəng heyvanın marketə üz tutmasını onun koronavirus epidemiyası səbəbindən qida tapmaması ilə əlaqələndirənlər də tapılıb.

Asiya ölkələrindən başqa, nəhəng kərtənkələyə Səhra Çölü, Avstraliya və bəzi Sakit okean adalarında da rast gəlinir.

AzNews.az