İlin ən yaxşı avtomobili açıqlandı

"Toyota Yaris" ikinci, "Honda E" elektromobili üçüncü yerdə qərarlaşıb

"Volkswagen ID.4" hetçbek tipli elektrik avtomobili 2021-ci ilin ən yaxşı avtomobili hesab olunub.

AzNews.az-ın Trend-ə istinadən məlumatına görə, həmin avtomobil "World Car Awards" mükafatına layiq görülüb.

"Toyota Yaris" ikinci, "Honda E" elektromobili üçüncü yerdə qərarlaşıb.

Eyni zamanda "Honda E" "Ən yaxşı şəhər avtomobili", "Porsche 911 Turbo" "Ən məhsuldar avtomobil", "Mercedes-Benz S-Class" "Ən dəbdəbəli avtomobil" kateqoriyalarında qalib gəlib. "Land Rover Defender" ən yaxşı dizaynlı avtomobil hesab olunub.

Qeyd edək ki, 2020-ci ildə ən yaxşı avtomobil adını "Kia Telluride" qazanmışdı.