"How I Met Your Mother" serialı 208 bölümdür "How I Met Your Mother" serialı 208 bölümdür

Məşhur serialın davamı çəkiləcək

"How I Met Your Mother" serialı 208 bölümdür

"How I Met Your Mother" (Ananızla necə tanış oldum?) serialının davamı çəkiləcək.

AzNews.az xəbər verir ki, "How I Met Your Father" ("Atanızla necə tanış oldum?") adlanan ekran işi artıq təsdiqlənib.

Yeni serialın əvvəlki ilə əlaqəli olub-olmayacağı bilinmir. Baş rolda Hilari Daf Sofi obrazını canlandıracaq. Sofi oğluna atası ilə necə tanış olduğunu danışacaq.

Qeyd edək ki, dünyanın iki ən məşhur komediya serialından biri olan "How I Met Your Mother" 2005-2014-cü illərdə yayımlanıb.

Atanın uşaqlara onların anası ilə necə tanış olduğunu danışdığı serialın baş rollarında Coş Radnor, Ceyson Segel, Kobie Smulders, Nil Patrik Harris və Alison Haniqan çəkilmişdi.

Pərvanə