Şəkərli diabetin qarşısını almaq olar – 3 qayda

Bu metodu ayda bir dəfə 3 gün...

Preddiabet, yəni artıq diabetə xeyli yaxınlaşdığınız müddətdə xəstəliyi yubatmaq və ya tam qarşısını almaq mümkün ola bilər.

Preddiabet artıq qanda qlükozanın zaman-zaman çoxalmasıdır. mədəaltı vəz rezervi tükənməkdədir. Bu daha çox yaşla bağlı və ailədə diabet olan insanlarda yaranır.

Aznews.az diabetin profilaktikasında 3 qızıl qaydanı təqdim edir:

1. İntervalla acqalma

İnsulin dirənçi və diabetin ən gözəı dərmanı müəyyən müddətə fasilələrlə tam ac qalmaqdır.

“Diabetin kodu” kitabında II tip diabetin qarşısını almaq üçün dərmansız bərpa proqramından bəhs edilir. Orda da ən effektiv metod acqalma qeyd olunub.

Bu çox sadədir. Sutkanın 16-18 saatını heç bir qida qəbul etmirsiz və az –az su içirsiz. Qalan 8 saatı isə normal sağlam qidalanırsız. Yağlı, şirin, duzlu olmaz. Beləcə 3 gün davam edirsiz. Daha sonra normal qidalanmaya keçirsiz. Bu metodu ayda bir dəfə edirsiz.

2. Artıq şəkərdən imtina

Nə qədər tez şəkəri nəzarətə götürüb, şəkərli qidaları menyudan çıxarıb, təbii şəkərə keçəcəksiz, bir o qədər diabetdən uzaq olacaqsız.

Sadə karbohidratları, ağ şəkər, qəndi və qarğıdalı siropundan qida məhsullarını tam çıxarırsız.

Tez-tez və az az yeməyə keçin. Bununla insulin sintezini normallaşdıracaqsız.

Şəkər olmamaq üçün Stevia adlı tam təbii bitki şəkərdən istifadə edə bilərsiz. Satışda tapılır.

3. İçkidən imtina

İstənilən miqdarda alkoqol uzun illər ərzində yavaş-yavaş mədəaltı vəzini hüceyrə səviyyəsində zədələyir və xroniki iltihab yaradır. Bu da həm I tip, həm də II tip diabetə səbəb olur. Nəslində diabet olanlarda bu daha da sürətli baş verir. Eləcə də qazlı şirəli və energetik içkilər də bu təsirə malikdir./medicina.az/