Bu gülü qoparmanın cəzası 12 500 manatdır

Yerli əhalinin qoruduğu və böyük maraq göstərdiyi pion gözəlliyi ilə də diqqət çəkir

Antalyanın Kumluca bölgəsinin Altınyaka rayonunun yüksəklik ərazilərində bitən pionların ömrü cəmi 10 gündür.

Bu il soyuq hava şəraiti səbəbindən gec açan gülləri qoparmağa görə 109 593 lirə (təxminən 12 500 azn) cərimə kəsilir.

Qeyd edək ki, Antalyanın rəmzlərindən birinə çevrilən çiçək əsasən Toros dağlarında 1500-1600 hündürlükdə bitir. Yerli əhalinin qoruduğu və böyük maraq göstərdiyi pion gözəlliyi ilə də diqqət çəkir.

Mənbə: “Haber Global”