"Bu balanın dünyaya gəlməsi bi"zim üçün möhtəşəm hadisədir" "Bu balanın dünyaya gəlməsi bi"zim üçün möhtəşəm hadisədir"

Bakı Zooloji Parkında pələng balası doğulub

"Bu balanın dünyaya gəlməsi bi"zim üçün möhtəşəm hadisədir"

Bakı Zooloji Parkında pələng balası doğulub.

Bu barədə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva instaqram hesabında paylaşım edib.

Paylaşımda deyilir: "Bakı Zooloji Parkının tarixində ilk dəfə! Pələng ilində dünyaya gələn dişi pələng balası - Nur.

Bu balanın dünyaya gəlməsi bizim üçün möhtəşəm hadisədir, çünki pələnglər digər məməlilər kimi sürətlə çoxalmır. Təbiətdə pələnglərin nəsli kəsilmək üzrədir və hal-hazırda 4000-dən az fərd qalıb. Bala hal-hazırda karantində, baytar həkim və zoopark əməkdaşlarının mütəmadi nəzarəti altında saxlanılır və daha sonra valideynlərinə qovuşacaq".