Mer işıqlandırıcıların saat 23:45-də söndürülməsini təklif edib Mer işıqlandırıcıların saat 23:45-də söndürülməsini təklif edib

Eyfel qülləsinin işıqlandırılmasının vaxtı azaldıla bilər

Mer işıqlandırıcıların saat 23:45-də söndürülməsini təklif edib

Fransanın paytaxtı Paris şəhərinin meri Ann İdalqo enerji böhranı və fövqəladə iqlim şəraiti fonunda Eyfel qülləsinin işıqlandırılması vaxtının azaldılmasını təklif edəcək.

Aznews.az xəbər verir ki, qüllənin 336 qızılı işıqlandırıcısı gecə saat 1-ə qədər yanılı qalır. Merin təklifinə əsasən son ziyarətçilər qülləni tərk edəndə, yəni saat 23:45-də işıqlandırıcılar söndürülsün.

Eyfel qülləsinin idarəedici şirkəti SETE bildirib ki, qüllənin gecə işıqlandırılması abidənin illik enerji xərcinin cəmi 4%-ni təşkil edir və hər saatın əvvəlində 20 min “LED” işıqların 5 dəqiqə ərzində yanıb-sönməsi enerjiyə qənaət edən avadanlıq hesabına baş verir.

Ona görə də sentyabrın 13-də açıqlanacaq tədbir simvolik xarakter daşıyır. SETE-nin prezidenti Jan-Fransua Martins bildirib ki, əldə edilən enerji qənaəti fenomenal olmayacaq: “Lakin dünyanın ən çox ziyarət edilən abidəsi kimi biz nümunə göstərməliyik”.