Qvatemalada cəngəllikdə 417 qədim Maya şəhəri aşkar edilib

Qvatemalada alimlər eramızdan əvvəl 1000-ci ilə aid 417 qədim Maya şəhəri kəşf ediblər.

AzNews.az xəbər verir ki, bu barədə ABŞ-Qvatemala birgə arxeoloji tədqiqatının tədqiqatçıları “Washington Post” qəzetinə müsahibə veriblər.

Bu kəşf tarixçiləri qədim Maya sivilizasiyası haqqında bildiklərini yenidən düşünməyə vadar edir.

"Washington Post" yazır ki, yol və şəhər şəbəkəsinin, hidravlik sistemlərin və kənd təsərrüfatı infrastrukturunun kəşfi Mərkəzi Amerikada yaşayan icmaların əvvəllər düşünüləndən daha çox inkişaf etmiş olduğunu göstərir.