Maraqla izləyə biləcəyiniz 5 ən yaxşı film

Bu günə qədər film sənayesində bir çox uğurlu işlər görülüb. Lakin bəzən izləmək üçün onların arasından seçim etməkdə çətinlik çəkirik.

Aznews.az sizə ən maraqlı 5 məşhur filmi təqdim edir:

"Pianoçu"

2002-ci ildə polyak rejissor Roman Polanski tərəfindən çəkilmiş tarixi dram filmi. Film pianoçu Vladislav Şpilmanın Polşada yaşadığı 7 il ərzində yaşadığı hadisələrin əsasında çəkilmişdir. Şpilman 1939-cu ildən etibarən böyük təhlükələrlə qarşılaşır və nasistlərdən gizlənməli olur. Vladislav Şpilmanın gizlənməsində çalışdığı Polşa radiosunun əməkdaşlarının və ən əsası isə alman zabiti Vilm Hosenfildin böyük rolu olmuşdur. Film 2002-ci ildə Kann kinofestivalında Qızıl Palma Budağı, 2003-cü ildə Oskar mükafatına, ən yaxşı xarici filmlərə verilən Qızıl Qartal mükafatına və digər mükafatlara layiq görülmüşdür.

“Xaç atası”

Mario Puzonun 1969-cu ildə çap olunmuş “Xaç atası” romanı onu bütün dünyada məşhurlaşdırdı. Əslən Siciliyalı olan Vito Korleone klanı haqqında yazılmış bu roman indiyə kimi mafiya haqqında ən yaxşı əsər sayılır. Onun balaca oğlu Maykl professor olmaq istəyir, lakin şərait elə gətirir ki, atasının varisi olur. İkinci Dünya müharibəsindəki döyüşlərdə bərkimiş, savadlı Maykl Karleone qüdrətli mafiya başçısına çevrilir.

“Yaşıl Yol”

1935-ci ildə federal həbsxananın “Soyuq dağ” adlı blokuna Con adlı nəhəng afroamerikalı gətirilir. Cinayətkar iki qızın zorlaması və qətlə yetirilməsində təqsirli bilinərək ölüm hökmünə məhkum olunub. Lakin Con günahsız olduğunu bilə-bilə “yaşıl yolu” keçməyə hazırdır. Məhkumların son mənzilə - elektrik stul ilə edama aparıldığı yaşıl rəngli dəhliz, yaşıl mil adlanır. Bu filmdə oskarlı Tom Henkslə yanaşı Maykl Klark Dunkan və Ceyms Kromvel kimi aktyorlar çəkilib.

"1917"

Birinci Dünya Müharibəsi zamanı əsgərlərin həyatına təsir edəcək mühüm mesajı çatdırmaq vəzifəsi daşıyan iki əsgərin hekayəsindən bəhs edir. Birinci Dünya Müharibəsi zamanı britaniyalı əsgərlər olan Cunior Korporal və Bleykə qeyri-mümkün görünən bir missiya tapşırılır. Onların missiyası yüzlərlə əsgərin ölümünün qarşısını almaq üçün zamana qarşı yarışarkən düşmən ərazisini keçməkdir. Bleykin qardaşı da xilas edilə biləcək əsgərlər arasındadır. Bu vəziyyətdə Bleyki daha da ciddi qəbul etməli olduğu mübarizə gözləyir.

"Qərb cəbhəsində heç bir dəyişiklik yoxdur"

Burada birinci dünya müharibəsi tarixindən, gənc əsgərin düşüncələrindən bəhs olunur. 19 yaşlı Paul Boymer özü də bilmədən məktəbdən birbaşa cəb­həyə gəlir. O, cəbhədə gözlədiyi müharibə həyəcanı və macəraları əvəzinə qırğının amansızlığını və dostlarının dəhşətli ağrılarının şahidi olur. İllər boyudur müxtəlif satış rekordları vuran bu kitabda Remark birinci dünya müharibəsinin dəhşətlərini canlı və hər kəs üçün anlaşıqlı dillə təsvir edib.

Ayan Rzayeva