Məşhur Hollivud ulduzu vəfat edib

Rokki filmlərində Silvestr Stallonenin qaynı və dostu rolunu oynamaqla tanınan italyan əsilli amerikalı aktyor Burt Yonq 83 yaşında vəfat edib.

Aznews.az xəbər verir ki, bu barədə onun meneceri Linda Benski bildirib.

Daha əvvəl “The New York Times” aktyorun qızı Anne Morea Steincieser-ə istinadən Burt Yonq-un oktyabrın 8-də dünyasını dəyişdiyini yazmışdı. Ölümün səbəbi barədə məlumat verilmir.

Qeyd edək ki, aktyor 30 aprel 1940-cı ildə Nyu-York ştatının Kuins şəhərində anadan olub. O, 1950-ci illərdə ABŞ Dəniz Piyadaları Korpusunda xidmət edib və daha sonra Li Strasberqin Aktyorluq Studiyasında təhsil alıb. Kino debütünü 1968-ci ildə Kolumbo serialında edib.

Bundan əlavə, aktyorun filmoqrafiyasına “Çin mahalı”, “Qrinviç kəndinin papası”, “Bir vaxtlar Amerikada” kimi filmlər daxildir. O, həmçinin M*A*S*H, The Rockford Files, The Sopranos, Baretta və Law & Order kimi televiziya layihələrində təkrar çıxışlar edib.

Mövsüm