Süd verən analar razyana çayını necə hazırlamalı?

Körpəyə süd verən analar gün ərzində 4–5 stəkana qədər razyana çayı içə bilərlər. Bu çay ana südünün artmasına kömək edir. Eyni zamanda razyana çayı körpələrdə qaz problemlərinin azalmasına da dəstək olur.

Razyana xoş qoxusu və dadına görə yeməklərdə tez-tez istifadə olunur. Bununla yanaşı, çay kimi də geniş şəkildə istehlak edilir.

Aznews.az xəbər verir ki, razyana çayının insan sağlamlığı üçün bir çox faydası var. O, A və C vitaminləri ilə zəngindir. Həmçinin tərkibində maqnezium, fosfor, kalium və kalsium kimi minerallar mövcuddur.

Əmizdirən analar üçün razyana çayı necə hazırlanır?

Bir stəkan razyana çayı hazırlamaq üçün 1 çay qaşığı razyana toxumu kifayətdir. Dadını artırmaq üçün toxumlar yüngülcə əzilə bilər.

Hazırlanma qaydası:

Razyana toxumlarını stəkana əlavə edin
Üzərinə qaynar su tökün
Təxminən 10 dəqiqə dəmlənməsini gözləyin
İstəyə görə çaya çobanyastığı əlavə edilə bilər və ya limonla birlikdə içilə bilər. Yeməkdən sonra içildikdə həzmi asanlaşdırır.

Əmizdirən analar nə qədər razyana çayı içməlidir?
Əmizdirən analar gün ərzində 4–5 stəkan razyana çayı içə bilərlər. Bu:

ana südünün artmasına kömək edir
körpələrdə qaz sancılarını azalda bilər
Şişkinlik və həzmsizlik zamanı yeməkdən sonra 1 stəkan içmək mədəni rahatlaşdırır.

Əmizdirən analar üçün faydaları

Sinirləri sakitləşdirir
Qaz sancılarını azaldır
Həzm sistemini yaxşılaşdırır
Boğaz ağrısı və öskürəyə kömək edir
Bəlğəmgətirici təsir göstərir (tərkibindəki fenkon və anetol maddələri sayəsində)
Körpələr üçün razyana çayının faydaları
Kolik (ağlama tutmaları) olan körpələri sakitləşdirməyə kömək edir
Həzmi asanlaşdırır
Soyuqdəymədən qoruyucu təsir göstərə bilər
Qaz sancılarını azaldır

Körpələr üçün hazırlanması:

Şüşəyə (biberona) bir az orqanik razyana əlavə edilir
Üzərinə su tökülür və təxminən 5 dəqiqə dəmlənir
Körpəyə verməzdən əvvəl otaq temperaturuna qədər soyudulmalıdır

Nuray, AzNews.az