Ermənistan Səhiyyə Nazirliyinin binası qarşısında stomotoloqlar etiraz aksiyası keçirib. Ermənistan Səhiyyə Nazirliyinin binası qarşısında stomotoloqlar etiraz aksiyası keçirib.

Ermənistanda növbəti etiraz aksiyası

Ermənistan Səhiyyə Nazirliyinin binası qarşısında stomotoloqlar etiraz aksiyası keçirib.

Bu məlumatı Ermənistan KİV-i yayıb.

Aksiya iştirakçıları 2013-cü ildə qəbul edilmiş “Lisenziya vergiləri haqqında” qərarın dəyişdirilməsini və bununla bağlı qanedici qaydanın tətbiqi üçün əməkdaşlıq edilməsini istəyiblər.

Etiraz aksiyasının iştirakçıları bildirib ki, bir neçə gün əvvəl səhiyyə naziri səlahiyyətlərini icra edən Arsen Torosyanla görüşüblər: “Bu görüşdən sonra ehtiyat etdiyimiz məsələ həll edilməkdənsə, daha da dərinləşib. Hazırda hər kresloya görə ayda 60-80 min dram (125-165 dollar) ödəyirik. Ötən 6-7 ay ərzində (Nikol Paşinyanın hökumət başına gəlməsinin nəzərədə tuturlar) biz gördük ki, əvvəlki üsul və praktika davam edir. Hökumət görüşdən imtina etməklə məsələni bağlamaq istəyir. Ancaq belə davam etməyəcək”.(report.az)

AzNews.az