Məhz onların vasitəsi ilə həmin rabitə saxlanılır. Məhz onların vasitəsi ilə həmin rabitə saxlanılır.

“Düşənbədə əldə edilmiş razılıq icra olunmaqdadır” - David Tonoyan

Məhz onların vasitəsi ilə həmin rabitə saxlanılır.

Ermənistanla Azərbaycan arasında operativ rabitə üçün xüsusi vəzifəli şəxslər nəzərdə tutulub ki, məhz onların vasitəsi ilə həmin rabitə saxlanılır.

Bu barədə Ermənistanın müdafiə naziri vəzifəsini müvəqqəti icra edən David Tonoyan deyib. Onun sözlərinə görə, həmin şəxslər məlumatları həm Ermənistanın, həm də Azərbaycanın silahlı qüvvələrindən alırlar: “Rabitə mütəmadi olaraq işlək vəziyyətdədir, Düşənbədə əldə edilmiş razılıq icra olunmaqdadır”.

Aysor.am-ın müxbirinin sözügedən operativ rabitəyə Dağlıq Qarabağdakı qondarma qurumun “hərbi birləşmələr komandanlığının” da qatılıb-qatılmaması sualını da cavablandıran Tonoyan dolayısı ilə həmin rabitənin olmadığını deyib, lakin insidentlərin qarşısının alınması üçün bu məsələnin ATƏT-in Minsk Qrupu qarşısında qaldırıldığını bildirib.(sia.az)

© AzNews.az