Sipan Paşinyan Tavuş vilayətində 17155 səslə deputat seçilib. Sipan Paşinyan Tavuş vilayətində 17155 səslə deputat seçilib.

Paşinyanın qohum-əqrabası da deputat oldu

Sipan Paşinyan Tavuş vilayətində 17155 səslə deputat seçilib.

Ermənistan baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyanın qardaşı oğlu və qaynı deputat seçilib.

AzNews.az erməni mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı "Lragir.am" saytı yayıb.

Mənbə bildirir ki, dünən ölkədə keçirilən növbədənkənar parlament seçkilərində Paşinyanın qardaşı oğlu Sipan Paşinyan Tavuş vilayətində 17155 səslə deputat seçilib.

Nikol Paşinyanın qaynı Qraç Akopyan isə 8920 səslə deputat mandatını qazanıb.

Babək Göyüş

© AzNews.az