Xəbər verdiyimiz kimi, dekabrın 9-da Ermənistanda keçirilən növbədənkənar parlament seçkisi, daha doğrusu, seçki şousu başa çatdı. Xəbər verdiyimiz kimi, dekabrın 9-da Ermənistanda keçirilən növbədənkənar parlament seçkisi, daha doğrusu, seçki şousu başa çatdı.

Ermənistan: sabitlik pozulacaq, əsgərlər qaçacaq...

Xəbər verdiyimiz kimi, dekabrın 9-da Ermənistanda keçirilən növbədənkənar parlament seçkisi, daha doğrusu, seçki şousu başa çatdı.

Düşmən ölkədəki seçkilər kütləvi saxtakarlıq, qanun pozuntuları və seçicilərin boykotu ilə yadda qaldı. Nikol Paşinyanın "Mənim Addımım” bloku 70 faiz səs "topladığını” iddia edərək özünü qalib elan etdi. Serj Sarkisyanın Respublikaçılar Partiyası da daxil olmaqla, 8 siyasi təşkilat isə parlamentdən kənarda qaldı. Seçkidə bir müddət əvvəl ölmüş ermənilərin də "səs verdiyi” üzə çıxdı. Bununla da səsvermə Ermənistan tarixinin ən biabırçı seçkisi kimi tarixə düşdü. Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan erkən parlament seçkilərində 48 faiz ölkə vətəndaşının iştirak etdiyini açıqladı. Deməli, 52 faiz seçici səs verməkdən boyun qaçırıb. Paşinyan və tərəfdarlarının seçkidə saxtakarlıq yolu ilə qələbə çalması erməni siyasətçiləri tərəfindən də etiraf edilib.

Məsələyə münasibət bildirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib ki, Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilmədi, seçki şousu baş tutdu:

"Hazırda Ermənistan rəsmiləri bunu demokratik seçki adlandırırlar. Amma səmimi olaraq deyirəm ki, orada demokratiyadan əsər-əlamət yoxdur. Dekabrın 9-da işğalçı ölkədə keçirilən növbədənkənar parlament seçkilərini təbliğ etməklə Azərbaycana təzyiq vasitəsi kimi cəhd edənlər var. Çox təəssüf ki, Azərbaycanda da qərblə bağlı bu xətti təbliğ edirlər. Seçkinin yekununda ancaq Nikol Paşinyanın "Mənim Addımım” blokunun nümayəndələri qalib gəlib. Burada yalnız başqa partiyalardan iki nəfər qalib oldu. Təsəvvür edin ki, müxalif qüvvələrdən parlamentə bir nəfər belə keçə bilmədi. Nikol Paşinyan hakimiyyətə küçənin təzyiqi ilə gəlib. Sovet dönəmində belə heç bir partiya 70 faizlə qalib gəlməyib. "Mənim Addımım” blokunun qalib gəldiyi statistik göstərici saxtakarlığın bariz nümunəsidir. Eyni zamanda Ermənistanda əhalinin 48 faizdən çoxu ümumiyyətlə seçkilərdə iştirak etməyib. Bu da insanıların mövcud "demokratiya"ya antipatiasını, qəzəbəni göstərir. Çünki onlar seçkilərin nəticəsini əvvəldən bilirdilər".

Ermənistandakı növbədənkənar parlament seçkisini bir oyun hesab edən QAT sədri vurğulayıb ki, ATƏT seçki missiyası və ABŞ dövlət departamentinin demokratiya adı ilə seçki prosesini yüksək dəyərləndirməsi bu oyunun bir parçasıdır:

" Bütün bunların hamısı hər kəsə bir plandan xəbər verir. Burada söhbət demokratiyanın, şəffaflığın bərqərar olunmasından getmir. Ermənistandakı növbədənkənar parlament seçkisinin məqsədi hansısa dövlətlərin istədiyi adamın qalib gəlməsindən ibarətdir. Ona görə də bəzi Qərb ölkələri və ABŞ seçkilər prosesini dəstəkləyir. Çünki onların istədikləri adam qalib gəlib. Hazırda məsələnin diqqət çəkən tərəfi gələcəkdə N.Paşinyanın hansı addımları atmasıdır. O siyasətini qərbyönümlü davam etdirəcək ya yox, Rusiyanın buna münasibəti necə olacaq? Bunların hamısı sual olaraq qalır. Amma bir şey məlumdur ki, yaxın zamanlarda Ermənistanda sabitlikdən danışmaq mümkünsüz olacaq. Çünki Paşinyan "Qarabağ klanı" ilə sərt şəkildə mübarizəyə başlayıb. Bu mübarizə genişlənəcək və ölkədə daxili sabitlik pozulacaq, ciddi qarşıdurmalar yaranacaq. Üstəgəl, Paşinyan və komandası açıq-aydın qərbyönümlü siyasət aparacaqsa, Rusiya buna süst yanaşmayacaq və öz təzyiq rıçaklarını işə salacaq ki, bu da işğalçı ölkədə xaotik durumun yaranmasına səbəb olacaq".

Paşinyanın "Hərbi büdcəni artırmaq istəyik, amma pul yoxdur" açıqlamasına gəlincə, A.Nağı söyləyib ki, hazırda Ermənistan ordusunda təchizat olduqca aşağı səviyyədədir, ordu daxilində nizam-intizam yoxdur:

"Həmçinin Ermənistan erməniləri ilə Qarabağ erməniləri arasında konfliktlər davam edir. Bu amillərin təsiri altında ordudan qaçma prosesi gedir. Haqsız mövqedə olduqlarını özləri də başa düşürlər. Odur ki, bu proses kütləvi xarakter alacaq. Güclü ordu qurmaq üçün böyük məbləğdə vəsait sərf olunmalıdır. Ermənistan iqtisadiyyatı isə çöküb. Bunu Paşinyanın özü məlum açıqlaması ilə etiraf edir. Belə olan halda hansı güclü ordudan danışmaq olar ? Ermənistan heç əsgərləri paltar və ərzaq təmin edə bilmir. Bir sözlə, Ermənistan ordusunda vəziyyət dözülməzdir".

Təşkilat sədri onu da əlavə edib ki, Ermənistanda insanlar Qarabağda hərbi xidmət çəkməmək üçün külli-miqdarda pul verirlər:

"Bunu vaxtaşırı erməni hüquq müdafiəçiləri də təsdiqləyir. Qarabağda kasıb erməni ailələrinin uşaqları hərbi xidmət keçir. Odur ki, hərbiçilərin qaçması tendensiyası getdikcə güclənəcək. Bütün bu amillər Ermənistan ordusundakı ağır vəziyyətlə bağlıdır.

İkincisi, onlar Azərbaycan torpaqlarında olduqlarını anlayırlar. Digər amil isə Azərbaycan Ordusunun zərbələridir. Odur ki, proseslər getdikcə daha da güclənəcək. Kütləvi hal aldıqda isə Qarabağdakı ümumi vəziyyətə də təsir göstərəcək”.(sherg.az)

© AzNews.az