Karen Abrahamyanın tərcümeyi-halı... Karen Abrahamyanın tərcümeyi-halı...

Ermənistanın Qarabağdakı hərbi birləşməsinin yeni komandanı kimdir? - DOSYE

Karen Abrahamyanın tərcümeyi-halı...

Ötən gün general-leytenant Levon Mnatsakanyan Ermənistanın Qarabağdakı qanunsuz hərbi birləşməsinin komandanı vəzifəsindən azad edilib. Onun əvəzinə 19916 nömrəli hərbi hissənin komandirinin birinci müavini - qərargah rəisi, general-mayor Karen Abrahamyan təyin edilib.

Ordu.az Ermənistanın Qarabağdakı qanunsuz hərbi birləşməsinin yeni təyin olunan komandanı, general-mayor Karen Abrahamyanın tərcümeyi-halını təqdim edir:

1966-cı il dekabrın 4-də Hadrut rayonunun Xtsaberd kəndində (Xocavənd rayonu Çaylaqqala kəndi) doğulub;

1973-1984-ci illərdə Hadrut rayon Manvelyan adına orta məktəbini bitirib;

1984-cu ildə İrəvan xalq təsərrüfatı institutunun maliyyə hesabat fakultəsinə qəbul olunub, 1-ci kursu bitirdikdən sonra 1985-1987-ci illərdə Sovet ordusunda xidmət edib;

1990-cı ildə İrəvan xalq təsərrüfatı institutunu bitirərək, iqtisadçı ixtisasını qazanıb;

1990-1992-ci illərdə Hadrut rayonundakı bankda təlimatçı, baş mühasib, daha sonra bankın müdiri olub;

1991-92-ci illərdə Hadrutda formalaşdırılan təxribatçı dəstələr tərkibində mövqelərimizə qarşı işğal əməliyyatlarında iştirak edib. Daha sonra həmin hərbi hissədə zabit kimi taqım, batareya komandiri, artilleriya qərargah rəisi, artilleriya rəisi olub. 1996-1998-ci ildən "müdafiə rayonu"nun qərargah rəisi -komandir müavini vəzifələrində xidmət edib;

1998-ci ilin avqust ayında RF SQ-nin Ümumqoşun akademiyasına daxil olub və oranı yaxşı nəticələrlə bitirib;

2001-ci ildə hərbi hissənin qəraragah rəisi - komandir müavini təyin edilib;

2003-cü ilin dekabr ayında hərbi hissə komandiri təyin edilib;

2006-cı ilin avqusta ayında korpusun qərargah rəisi - komandir müavini təyin edilib;

2010-2011-ci illərdə RF SQ Baş Qərargahının Akademiyasında təhsil alaraq, oranı qızıl medalla bitirib;

2011-ci ilin avqust ayındadan 2015-ci ilin noyabr ayınadək Ermənistan SQ mühəndis istehkam qoşunları komandanı –idarə rəisi olub;

2014-cü ilin 3 sentyabr tarixində general-mayor hərbi rütbəsi verilib;

2015-ci ilin noyabr ayında ordu korpusunun komandiri təyin edilib;

2017-ci ilin 7 sentyabr tarixində Ermənistanın işğal altında olan Qarabağdakı qanunsuz hərbi birləşməsinin komandanının birinci müavini - qərargah rəisi təyin edilib;

2018-ci ilin 14 dekabr tarixində Ermənistanın işğal altında olan Qarabağdakı qanunsuz hərbi birləşməsinin komandanı təyin olunub.

AzNews.az