Azərbaycan Ordusunda hərbi topoqrafların təlim-metodiki toplanışı keçirilir. Azərbaycan Ordusunda hərbi topoqrafların təlim-metodiki toplanışı keçirilir.

Hərbi topoqrafların təlim-metodiki toplanışı keçirilir - FOTO

Azərbaycan Ordusunda hərbi topoqrafların təlim-metodiki toplanışı keçirilir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2019-cu tədris ili üçün təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusunun topogeodeziya təminatının təşkili və hidroqrafiya işi ixtisaslı hərbi qulluqçuları ilə təlim-metodiki toplanış keçirilir.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, naviqasiya və Kartoqrafiya İdarəsinin rəisi 1-ci dərəcəli kapitan Davud Bağırlı nazirliyin rəhbərliyi tərəfindən 2019-cu ildə qarşıya qoyulan tapşırıqları, eləcə də təşkil olunan toplanışda ixtisas üzrə məşğələlərin, fiziki, praktiki və test sınaqlarının müvafiq qaydada keçirilməsi ilə bağlı tövsiyələri şəxsi heyətə çatdırıb.

© AzNews.az

image description