Ermənistanın yeni parlamenti fəaliyyətə başladı

Ermənistanın yeni parlamentinin ilk toplantısı keçirilib.

“Novosti Armeniya” xəbər verir ki, iclası baş nazir səlahiyyətlərini icra edən "Mənim Addımım" fraksiyasından olan yezidi kürd əsilli deputat Knyaz Həsənov açıb.

Əvvəlcə deputatlar and içiblər.

Qanunverici orqanın ilk iclasının gündəliyində 7 məsələ var. Deputatlar parlamentin sədrini, onun müavinlərini və daimi komissiyaların tərkibini seçəcəklər. Bunun ardınca komissya sədrləri müəyyən ediləcək.

Müzakirə ediləcək məsələlərdən biri “Hökumətin strukturuna dəyişikliklər haqqında” qanun layihəsi, digəri isə hökumətin proqramının təsdiqlənməsidir.(report.az)

© AzNews.az