Ermənistanda korrupsiya faktları artıb

"2018-ci ildə qeydə alınan bütün cinayətlərin sayı 11,2 faiz artıb".

"Ermənistanda 2018-ci ildə korrupsiya faktlarındakı artım əvvəlki ilə nisbətən daha da çox olub".

Bunu Ermənistan Polisinin Qərargah rəisi Armen Quqasyan ilin yekunlarına dair mətbuat konfransında deyib.

O deyib: “2018-ci ildə qeydə alınan bütün cinayətlərin sayı 11,2 faiz, yəni 2267 hal artaraq 22.551 hal təşkil edib”.

Polis rəhbəri korrupsiyaya qarşı mübarizə tədbirləri nəticəsində polis tərəfindən dövlətə, təşkilatlara, fərdi şəxslərə cəmi 5,7 milyard dram (11,7 milyon ABŞ dolları) məbləğində maddi ziyan vurulduğunu, 2017-ci ildə isə həmin göstəricinin 735 milyard dram (1,5 milyon dollar) təşkil etdiyini söyləyib.(report.az)

© AzNews.az