Dağlıq Qarabağ Azərbaycanın bir parçasıdır - Avstraliya hökuməti

"Azərbaycanın ərazi bütövlüyünə hörmət edirik".

Avstraliya-Azərbaycan Assosiasiyasının Xocalı soyqırımı ilə bağlı bu ölkənin Xarici İşlər Nazirliyinə müraciətinə cavab verilib.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib.

Məktubda assosiasiyanın sədri Mikayil Oytaya məktuba gec cavab verildiyi üçün üzr istənilir. Ardınca Avstraliya hökumətinin 1988-1994-cü illər ərzində Dağlıq-Qarabağ regionunda baş verən münaqişə nəticəsində yaranan çətinliklər haqqında məlumatlı olduqları, 1992-ci il 26 fevralda Xocalıda baş verən dəhşətli hadisələrin unudulmadığı qeyd edilir.

Həmçinin, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin labüdlüyü irəli sürülür və hər iki tərəf buna dəstək verməyə çağırılır.

Avstraliya hökumətinin ATƏT-in Minsk qrupunun davam edən vasitəçilik işini dəstəklədiyi yazılır. Məktubda daha sonra isə beynəlxalq ictimaiyyətin mövqeyinə uyğun olaraq, Avstraliya hökumətinin münaqişə ilə bağlı uzun müddətli mövqeyə malik olduğu, xüsusilə Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyini və dəstəyinin birmənalı olduğu, Avstraliya hökumətinin Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığı bildirilir.

AzNews.az