"V.Çaxalyan bandit qrupu ilə erməni separatçılığını yenidən Yerevandan başlayır, Cavaxetiyada davam etdirəcək" "V.Çaxalyan bandit qrupu ilə erməni separatçılığını yenidən Yerevandan başlayır, Cavaxetiyada davam etdirəcək"

Vahan Çaxalyanın gəlişi ilə Yerevanın kriminal həyatı canlandı - Mübariz Əhmədoğlu

"V.Çaxalyan bandit qrupu ilə erməni separatçılığını yenidən Yerevandan başlayır, Cavaxetiyada davam etdirəcək"

Gürcüstanın Cavaxetiyaregionunda erməni separatçılığına görə həbs olunmuş Vahan Çaxalyan hal-hazırda Ermənistanın paytaxtı Yerevanda “məskunlaşıb”. V.Çaxalyanın gəlişi ilə Yerevanın kriminal həyatında bir sıra dəyişikliklər baş verdi. Bir neçə tanınmış şəxs küçədə soyuldu. Cinayəti törədənlərin V.Çaxalyanın yerliləri, Cavaxetiyadan gəlmiş beynəlmiləl qrup olduğu bəlləndi. V.Çaxalyan özü də Yerevanda kimisə döyüb nə isə almaq istəyirdi. Cinayət işi başlanıb, amma təfərrüatı açıqlanmayıb.

V.Çaxalyanın Yerevanda olmasının legitim əsası onun mitinq hazırlamasıdır. Guya Paşinyan hökuməti Dağlıq Qarabağı Azərbaycana verir və V.Çaxalyan “Sasna srer”lə birlikdə “İradə”si buna imkan verməyəcək. Bu məqsədlə də fevralın 26-da Yerevanda müəyyən qədər saya malik mitinq keçirdilər. Bütün dünya erməniliyi bir araya yığılsalar da belə Dağlıq Qarabağı Azərbaycan özü alacaq. Vahan Çaxalyan və Jirayr Sefilyan kimi bir qrup adamın xəstə düşüncəsinin Azərbaycana zərrə qədər təsiri yoxdur.

V.Çaxalyanın Yerevana gəldikdən sonra ətrafında baş verənlər daha uzağa gedən təhlillər aparmağa şərait yaradır: “Sasna srer”in başçısı J.Sefilyan Ermənistanda Paşinyanı silahlı yolla devirməyəcəyini bəyan
edir; Yerevanda silahlı kriminallıq inkişaf edir; Cavaxetiyadan gəlmiş bandit qrupu fəaliyyət göstərir. Deməli, J.Sefilyan və V.Çaxalyan bir-birini tamamlayan qruplardır. V.Çaxalyanın Cavaxetiyadan gətirdiyi bandit qrup həm əhalini mitinqlərə cəlb edəcək, həm də müəyyən qədər pul qazanacaq. Mitinqindən əvvəlki axşam artıq Fransa vətəndaşı olan erməni xanımı Cavaxetiyadan gəlmiş qrup tapança ilə hədələyərək bərbəzək və qızılını aldılar.

1988-ci ildə erməni separatçılığı da quldurluq bünövrəsində başlanmışdı. Görünür, onların bu fəaliyyəti təkcə Yerevanla məhdudlaşmayacaq, çünki iştah diş altındadır. Getdikcə böyüyəcək. Bunların həm inqilabi, həm də kriminal bandit fəaliyyəti Gürcüstanın Cavaxetiya regionunu da əhatə edəcək. İri siyasi qüvvələrə ilişdikdən sonra isə artıq Cavaxetiyanın Ermənistana birləşdirilməsi məsələsi gündəliyə gətiriləcəkdir.

Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq