Bu məlumatı ölkənin Milli Təhlükəsizlik Xidməti yayıb. Bu məlumatı ölkənin Milli Təhlükəsizlik Xidməti yayıb.

Ermənistanda iş adamından rüşvət alan hakim yaxalanıb

Bu məlumatı ölkənin Milli Təhlükəsizlik Xidməti yayıb.

Ermənistanın Kotayk vilayət məhkəməsinin hakimi iş adamından iri məbləğdə rüşvət alarkən yaxalanıb.

Bu məlumatı ölkənin Milli Təhlükəsizlik Xidməti yayıb. Qeyd olunub ki, Kotayk vilayət məhkəməsinin hakimi Qaqik Qeboyan bir vətəndaşın ödəyəcəyi dövlət rüsumunun yarısını rüşvət şəklində tələb edib. İş adamının vəkili vasitəsilə əvvəlcə 3 500 dollar tələb edən, bazarlıqlardan sonra 2500 dollar rüşvət alan hakim təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən yaxalanıb.

Xatırladaq ki, korrupsiya hallarının artdığı Ermənistanda ötən həftə də səhiyyə nazirinin müavini rüşvət alarkən saxlanılmışdı.(AZƏRTAC)

AzNews.az