"Məqsədimiz sülhə nail olmaqdır ki, bu da ümumbəşəri amaldır" "Məqsədimiz sülhə nail olmaqdır ki, bu da ümumbəşəri amaldır"

ABŞ səfiri Azərbaycanla Ermənistan XİN başçılarının qarşıdakı görüşünü şərh etdi

"Məqsədimiz sülhə nail olmaqdır ki, bu da ümumbəşəri amaldır"

"Çox şadam ki, münaqişə tərəfləri görüşlər keçirir. Daha bir görüşün keçiriləcəyi məlum olub. Elə ATƏT-in Minsk qrupu həmsədrlərinin səy göstərdikləri də budur".

Bu fikirləri "Report"un sualına cavabında ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger bildirib.

Azərbaycanla Ermənistan liderlərinin Vyana görüşü, habelə aprelin 15-də iki ölkənin xarici işlər nazirləri arasında keçirilməsi planlaşdırılan görüşdən danışan diplomat həmsədrlərin tərəflərin görüşərək hazırda onları ayıran mürəkkəb məsələləri müzakirə etmələri üçün müvafiq ab-hava yaratmağa, görüş yerləri təşkil etməyə çalışdıqlarını vurğulayıb.

"Məqsədimiz sülhə nail olmaqdır ki, bu da ümumbəşəri amaldır", - ABŞ səfiri qeyd edib.

AzNews.az