Bu barədə Ermənistan Polisindən məlumat verilib Bu barədə Ermənistan Polisindən məlumat verilib

Yerevanın divarlarına “Saxtanikol” haştaqını yazan gənclər saxlanıldı

Bu barədə Ermənistan Polisindən məlumat verilib

Ermənistanın paytaxtı Yerevan şəhərinin küçələrinin divarlarına ağ boya ilə “#SutNikol” (“Saxtanikol”) yazan 5 vətəndaş polisə aparılıb.

Bu barədə Ermənistan Polisindən məlumat verilib.

Onlara ölkənin inzibati qayda pozuntusu haqqında xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar.

Bildirilib ki, həmin şəxslər Ermənistanın Baş naziri Nikol Paşinyanın başçılıq etdiyi “Mənim addımım” blokunun üzvləridir.

Qeyd edək ki, ötən günlərdə də oxşar aksiya keçirən gənclər saxlanılmışdı.(report.az)

AzNews.az