Tapşırığa uyğun olaraq gənc hərbi təyyarəçilər məşq edirlər Tapşırığa uyğun olaraq gənc hərbi təyyarəçilər məşq edirlər

Azərbaycan Ordusunun pilotları təlim-məşq uçuşlarına başladı - VİDEO

Tapşırığa uyğun olaraq gənc hərbi təyyarəçilər məşq edirlər

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi pilotlarının peşəkarlığının yüksəldilməsi məqsədilə intensiv məşqlər davam edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, “Super Muşşak” və L-39 təyyarələrinin taktiki-texniki xüsusiyyətləri və uçuş imkanlarını nəzəri cəhətdən tam mənimsəyən, trenajorlarda müvafiq məşqlər keçən gənc hərbi pilotlarımız artıq həmin təyyarələrdə və "Mi" seriyalı çoxməqsədli helikopterlərdə praktiki təlim-məşq uçuşlarını yerinə yetirməyə başlayıb.

Tapşırığa uyğun olaraq gənc hərbi təyyarəçilər pilotaj texnikası, marşrut uçuşları, qoşa və manqa ilə uçuşları məşq etdirir.

AzNews.az

image description image description image description