"Lavrov indi doğru yolda olduğumuza çox əmindir" "Lavrov indi doğru yolda olduğumuza çox əmindir"

ATƏT-in baş katibi Lavrovla Qarabağ münaqişəsini müzakirə etdi

"Lavrov indi doğru yolda olduğumuza çox əmindir"

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ATƏT-in Baş katibi Tomas Qreminger ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında Moskvada baş tutan görüş zamanı müzakirə edilib.

Bu barədə jurnalistlərə görüşdən sonra Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Tomas Qreminqer məlumat verib.

T.Qreminger qeyd edib ki, S.Lavrov ona aprelin 15-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün nəticələri barədə məlumat verib.

"Lavrov indi doğru yolda olduğumuza çox əmindir", - deyə ATƏT-in Baş katibi vurğulayıb.(report.az)

AzNews.az