- Paytaxt
- 10:43
- 709
Tacikistanın Baş naziri Fəxri xiyabanı ziyarət edib - YENİLƏNİB
Azərbaycanda səfərdə olan Tacikistanın Baş naziri Koxir Rasulzoda Fəxri xiyabana gələrək Heydər Əliyevin məzarını ziyarət edib.
"Report" xəbər verir ki, Ümummilli Liderin abidəsi önünə əklil qoyulub, gül dəstələri düzülüb, xatirəsinə ehtiram ifadə olunub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarları da ziyarət edilib.
10:20
Tacikistanın Baş naziri Koxir Rasulzoda sentyabrın 24-də Bakıda Zəfər parkını ziyarət edib.
Aznews.az xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Tacikistanın Baş naziri Zəfər abidəsinin önünə əklil qoyub.
Qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.