Rəyi soruşulanların 45 faizi işsizliyi Ermənistanın başlıca problemi olduğunu söyləyib Rəyi soruşulanların 45 faizi işsizliyi Ermənistanın başlıca problemi olduğunu söyləyib

Ermənistanın başlıca problemi işsizlikdir - “Gallup”

Rəyi soruşulanların 45 faizi işsizliyi Ermənistanın başlıca problemi olduğunu söyləyib

ABŞ-ın “Gallup” beynəlxalq sosial araşdırma şirkəti (“Gall up international association”) Ermənistanda vətəndaşların vacib problemlərini araşdırıb.

“Rusarmino” xəbər verir ki, rəyi soruşulanların 45 faizi işsizliyi Ermənistanın başlıca problemi olduğunu söyləyib.

Respondentlərin 40,5 faizi ölkədəki iqtisadi vəziyyətin düzəlməsinə üstünlük verib. Rəyi soruşulanların 26,8 faizi isə təqaüd və əməkhaqlarının az olmasından şikayət edib. Respondentlərin 26,1 faizi isə Qarabağ məsələsini Ermənistanın vacib problemi sayır. Rəyi soruşulanlar emiqrasiya, korrupsiya və terroru da ölkənin başlıca məsələləri sırasında qeyd ediblər.

Bir müddət əvvəl “Gallup” şirkətinin sakinlərin 45 faizinin sorğunu kin, qıcıq və stresslə cavablandırdığını müəyyən etməsi barədə xəbər yayılmışdı.(report.az)

AzNews.az