Üç ölkə hərbçilərinin birgə təliminin yekun planlaşdırma konfransı keçirildi

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib

Silahlı Qüvvələrinin Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda qərargah təliminin yekun planlaşdırma konfransı keçirilib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə üç ölkənin müvafiq qurumlarının nümayəndələri regiondakı iqtisadi cəhətdən əhəmiyyətli layihələrin mühafizəsinin təşkilinə həsr olunan təlimə hazırlıq məsələlərini və qarşıda duran digər tapşırıqları müzakirə ediblər.

AzNews.az

image description image description