David Tonoyan istefaya göndərilir David Tonoyan istefaya göndərilir

Paşinyan Müdafiə nazirini də işdən çıxaracaq - Erməni KİV-i

David Tonoyan istefaya göndərilir

Ermənistan Müdafiə naziri David Tonoyan və ölkənin polis rəisi Valeri Osipyan istefaya göndəriləcək.

Bununla bağlı Ermənistanın “Qraparak” nəşri məlumat yayıb.

Qeyd edək ki, dünən Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransı vaxtı Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanı istefaya göndərdiyini bildirib.

Hökumətdəki mənbəyə istinad edən nəşr xəbər verir ki, Paşinyan bu vəzifəyə dostu Vaqe Kazaryanı təyin edəcək.