"Səhiyyə sahəsində korrupsiya riski qalır" "Səhiyyə sahəsində korrupsiya riski qalır"

Ermənistanda rüşvət alan nazir müavini işdən qovuldu

"Səhiyyə sahəsində korrupsiya riski qalır"

“Ermənistanın baş naziri korrupsiyanın olmadığını desə də, keçmiş səhiyyə nazirinin müavini Ovannes Arutyunyan 3 min dollar alarkən tutulub”.

Bunu Ermən Milli Səhiyyə Şurasının sədri, uroloq Gevork Qriqoryan noyabrın 6-da mətbuat konfransında bildirib.

“Səhiyyə sahəsində korrupsiya riski qalır. Korrupsiyanın qarşısını almaq üçün nə qədər istəyirsiniz cəzalandırın, onsuz da müsbət irəliləyiş olmayacaq. “Korrupsiyaya yox” qışqırsalar da, səhiyyə nazirinin müavini 3 min dollar rüşvət alarkən tutulub. Baş nazir Nikol Paşinyan korrupsiyaya yox desə də, faktlar başqa şeyi bildirir. Mən bəyanata deyil, fakta inanıram”, - deyə sədr vurğulayıb.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan səhiyyə nazirinin müavini Ovannes Arutyunyanı oktyabrın 15-də tutduğu vəzifədən azad edib. Qeyd edək ki, o, cari ilin aprelində bu vəzifəyə təyin edilmişdi.(report.az)

AzNews.az