Vizalarla bağlı ən az imtina Litva vətəndaşlarına verilib Vizalarla bağlı ən az imtina Litva vətəndaşlarına verilib

ABŞ ermənilərin viza müraciətlərini kütləvi şəkildə rədd etdi

Vizalarla bağlı ən az imtina Litva vətəndaşlarına verilib

ABŞ Dövlət Departamenti 2019-cu ildə Amerikaya turist və iş səyahətləri ilə əlaqəli qeyri-immiqrant vizalarından imtina ilə bağlı məlumatları açıqlayıb.

Ermənistan vətəndaşlarına 51,65% halda belə vizaların verilməsi rədd edilib. Bu göstəriciyə görə, ermənilər keçmiş Sovet İttifaqı ölkələrinin reytinqinin ortalarında yer alır.

Bu il ABŞ hökuməti SSRİ ölkələrindən ən çox Özbəkistan vətəndaşlarına (68,06%) vizaları rədd edib. Qırğızıstan 67,75%-lə ikinci, Gürcüstan isə 63,85%-lə üçüncü yerdədir.

Vizalarla bağlı ən az imtina isə Azərbaycan (25,43%), Belarus (21,93%), Estoniya (24,81%), Latviya (18,98%) və Litva (18,67%) vətəndaşlarına verilib.(trend.az)

AzNews.az