Müdafiə Nazirliyinin məlumatı Müdafiə Nazirliyinin məlumatı

MN: Məsuliyyət Ermənistanın üzərinə düşür

Müdafiə Nazirliyinin məlumatı

Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları aparılan ərazidən xeyli aralıda yerləşən şəhər və kəndlərimizi raket və artilleriya atəşinə tutmaqda davam edir.

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında deyilir.

"Oktyabrın 10-u və 11-i tarixlərində, müxtəlif saatlarda Gəncə və Mingəçevir şəhərləri, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndləri işğalçı ordu tərəfindən atəşə məruz qalıb. Nəticədə xeyli sayda dinc sakin həlak olub və yaralanıb, mülki infrastruktura ciddi ziyan dəyib.
Bölgədəki vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür", - deyə bəyanatda qeyd edilir.