Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib

“Erməni əsirlər ailə üzvləri ilə əlaqə saxlayıb”

Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib

“Erməni əsirlərin ailə üzvləri ilə əlaqə saxlamasına imkan yaradılıb”.

AzNews.az-ın verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komitəsi tərəfindən erməni əsirlərlə bağlı açıqlama verilib: “Azərbaycanda olan yaralı erməni əsirlərinə Azərbaycan Cenevrə Konvensiyasına və beynəlxalq humanitar hüquqa sadiqliklə və özünün yüksək mənəvi-əxlaqi dəyərlərini göstərərək lazımi tibbi yardım göstərdi.

Beynəlxalq Qızıl Xaç Komitəsi də aidiyyəti üzrə məlumatlandırılıb və onlar əsirlərlə təmas saxlaya bilirlər”.