NATO Baş katibindən Qarabağ AÇIQLAMASI

Dinc əhalinin hədəf seçilməsi qəbuledilməzdir

“Cənab prezidentə NATO-nun bu döyüşlərin bir parçası olmadığını xatırlatdım. Azərbaycan da, Ermənistan da 25 ildən artıq müddətdir ki, NATO-nun dəyərli ortaqlarıdır”.

AzNews.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Ermənistan Prezidenti Armen Sarkisyanla Brüsseldəki NATO qərargahındakı görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

NATO-nun atəşkəsin pozulması səbəbilə narahat olduğunu vurğulayan Yens Stoltenberq anlaşmazlıqların bitməsi və sülh yolu ilə həllini tapılmasının vacibliyini qeyd edib.

“Dinc əhalinin hədəf seçilməsi qəbuledilməzdir və dərhal dayandırılmalıdır. Hər kəs daimi bir siyasi həll üçün çalışmalıdır. Ermənistan və Azərbaycan müzakirələrə davam etməlidir”, - deyə Y.Stoltenberq bildirib.