Müdafiə Nazirliyi məlumat yayıb Müdafiə Nazirliyi məlumat yayıb

Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə daxil oldu

Müdafiə Nazirliyi məlumat yayıb

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

Bu barədə AzNews.az Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.